N.Nərimanov r, Fətəli Xan Xoyski 85 +994125644972 info@gulnazdadashova.az
Professor Gülnaz Dadaşovanın rəhbərliyi altında institut hər bir fərdin özünəməxsus ehtiyaclarını ödəmək üçün müalicə planlarını tərtib edərək xəstə mərkəzli yanaşma tətbiq edir. Xüsusi kardioloqlar, tibb bacıları və yardımçı heyət xəstə baxımına vahid və multidissiplinar yanaşma təmin edərək birgə işləyir. Dəqiq diaqnozlardan tutmuş effektiv müalicələrə qədər xəstələr sağalma yolu boyunca fərdi diqqət, qayğı və dəstəkdən faydalanırlar.
Pandemiya dövründə fəaliyyətimiz
  • Qafqaz otel, Atletlər şəhərciyində COVİD-19 ilə bağlı karantində olanlara xidmət
  • Məhəmmədi Modul tipli xəstəxanada xəstələrin müalicəsi
Həkimlərimiz COVİD-19-lu xəstələrə xidmət edib:
  • Tibb Universitetinin Tədris Cərrahiyyə korpusunda 
  • Abşeron Modul tipli xəstəxana
  • Yeni klinika
COVID-19 infeksiyası zamanı Ürək-qan damar sistemi xəstəliklərinin diaqnostikası və müalicəsinə dair tövsiyyələr (bu gün üçün mövcud olan rəhbər tövsiyyələrə əsaslanaraq) adlı metodik tövsiyyə hazırlanıb Bakı şəhəri, 2020
Lanset preprintdə COVİD-19 ilə bağlı məqaləmiz çap olunub
 
44 günlük Vətən müharibəsi dövründə
Saatlı Rayon xəstəxanasında yaralı əsgərlərə tibbi xidmət: kardioloq, psixoloq, nevropatoloq, endokrinoloq və kiçik tibb işçilərindən ibarət böyük heyət
 
Şəhid ailələri və qazilərə baxış – tibbi aksiya
  • Bakı şəhərində ETKardiologiyada institutunda
  • Cəlilabad
  • Zaqatala
  • Şamaxı
  • Gədəbəy,
  • Quba
  • Tərtər rayonlarında hər bölgəni əhatə edən tibbi baxış aksiyası
Müayinələr: EKQ, ExoKQ
Həkim baxışı: kardioloq, nevropatoloq, endokrinoloq
Buzovna Reabilitasiya Mərkəzində müalicə alan hərçilərimizə kardioloq, nevropatoloq, psixoloq, endokrinoloqdan ibarət həkim heyətimiz onlara baxış aparmış, EKQ, ExoKQ müayinəsi edilmişdir.