Gülnaz Dadaşova Mahir qızı Bakı şəhərində müəllim ailəsində anadan olub.
İlk təhsilini 191 saylı orta məktəbdə almış və həmin məktəbi medal ilə bitirmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 1998-ci ildə bakalavr dərəcəsini alıb. Daha sonra 1999-2000-ci illərdə Bakı Dəmir Yolu Xəstəxanasında kardioloq praktikasını keçib.
2002-2005-ci illərdə Azərbaycan Tibb Universitetində klinik farmakologiya ixtisası üzrə aspirantura təhsili almışdır. 2008-ci ildə “Postmenopozal qadınlarda arterial hipertoniyanın müalicəsinin optimallaşdırılması” mövzusunda elmi işini uğurla müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2016-cı ildə dosent elmi adına layiq görülüb.
2018-ci ildə “Xroniki ürək çatışmazlığının gender xüsusiyyətləri, diaqnostika və dərman müalicəsinin təkmilləşdirilməsi imkanları, proqnoz və sağ qalma proqnozlarının müəyyən edilməsi” mövzusunda elmi işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsini qazanıb. 2019-cu ildə magistr dərəcəsi üzrə İsveçrənin Sürix Universitetində həkim-kardioloq ixtisasına daxil olub və 2022-ci ildə məzun olaraq, həmin universitetdə ürək çatışmazlığı üzrə aspirantura kursu (Postgraduate Course of Heart Failure (PCHF)) keçmişdir.
O rus və ingilis dillərini mükəmməl bilir. Ailəlidir, iki övladı var.